"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) biz Türkiyə olaraq iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini açıqlayacağıq".
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.
COP29-da Türkiyə pavilyonunun açılış mərasimində çıxış edən nazir bildirib ki, onlar bu sammitdə "bir millət, iki dövlət" prinsipi ilə iştirak edirlər:
"Bundan əlavə, bu dəfə iqlim dəyişikliyi ilə bağlı maliyyə mexanizmləri də müzakirə olunacaq".