İTS Fondunda vəsait 3 milyard manata çatdırılacaq - Deputat

16:37 25 Noyabr 2024

“İcbari Tibbi Sığorta Fondunun maliyyə vəsaiti 3 milyard manata çatdırılacaq”​.

Sitat.info xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.

“İcbari Tibbi Sığorta ölkəmizdə uğurla həyata keçirilir. Lakin əhaliyə göstərilən tibbi xidmətlərlə bağlı problemlər də mövcuddur. Bu əsasən ilkin tibbi xidmətlə bağlıdır. İlkin tibbi xidmətin maddi texniki təminat bazası və kadr çatışmazlığı mövcuddur. Milli Məclisdə ilkin tibbi xidmətə həsr olunan dinləmə keçirməyi planlaşdırırıq”, - deyə komitə sədri bildirib.



Xəbər xətti