Bakıda motosikletlə xuliqanlıq edən sürücünün videosu sosial şəbəkədə yayılıb.
Sitat.info xəbər verir ki, Nurlan Kərəmov adlı gənc idarə etdiyi motosikletlə dəfələrlə kobud qayda pozuntuları törədib.
Belə ki, sürücü Masazır qəsəbəsi ərazisində motosikleti gah qabaq, gah da arxa təkəri üstə sürərək insanların həyatını təhlükə altında qoyub. Digər videolarda isə, sürücü avtomobillərin arası ilə sərt manevr və ötmə əməliyyatları edərək təhlükə saçıb.
Videogörüntüdəki gənc sürücü etdiyi hərəkətlərin nə qədər təhlükəli olduğunu çox təəssüf ki, anlamır. Motosiklet və mopedlər yol hərəkətində təhlükəsizlik elementlərinə görə, ən zəif nəqliyyat vasitələri sırasındadır. Lakin çox təəssüf ki, bəzi motosiklet sürücüləri bundan oyuncaq kimi istifadə edərək öz həyatlarını təhlükə altında qoyurlar.