Rusiyada drift zamanı bir neçə nəfəri vuran avtobloqer Hacı Hacıyev saxlanılıb.
Sitat.info xəbər verir ki, hadisə noyabrın 16-da axşam saatlarında Moskva yaxınlığındakı Odintsovoda baş verib.
Məlumata görə, avtobloqer idarə etdiyi ağ rəngli “BMW” ilə drift etdiyi zaman, ətrafda onu izləyən tamaşaçıların içərisinə dalaraq bir neçə nəfəri, o cümlədən uşaq arabası ilə dayanmış qadını vurub.
Hadisə nəticəsində qadın və onun kiçik oğlu xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, qəzadan sonra Hacıyev hadisəni törədmədiyini deyib. Buna baxmayaraq, o, noyabrın 26-da saxlanılıb.
Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi açılıb: yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması və nəqliyyat vasitələrinin təhlükəsiz istismarını təhdid edən hərəkətlər./Avtosfer