Livanda Hizbullah və İsrail arasında atəşkəs əldə edildikdən sonra HƏMAS-dan açıqlama verilib.
Sitat.info xəbər verir ki, HƏMAS-ın yüksək rütbəli rəsmisi Fransanın AFP xəbər agentliyinə verdiyi açıqlamada Livanda əldə olunan atəşkəsi alqışladıqlarını bildirib.
Yüksək rütbəli məmur bəyan edib ki, HƏMAS Qəzzada atəşkəsə nail olmağa hazırdır.
“Biz Misir, Qətər və Türkiyədəki vasitəçilərə HƏMAS-ın atəşkəs razılaşmasına və məhbus mübadiləsi ilə bağlı ciddi razılaşmaya hazır olduğunu bildirdik”, - deyə rəsmi bildirib.
Həmas rəsmisi İsraili razılaşmaya mane olmaqda ittiham edib.
Aytac,
Sitat.info