Aeroport yolunun üzərində yerləşən və yeni fəaliyyətə başlayan "Lukoil" yanacaqdoldurma məntəqəsi bağlanıb.
Sitat.info xəbər verir ki, yanacaqdoldurma məntəqəsi cəmi iki gün fəaliyyət göstərib.
Məsələ ilə bağlı həmin ərazidə, "Lukoil"lə üzbəüz fəaliyyət göstərən "SOCAR" YDM-in əməkdaşları da faktı təsdiqlədilər.
Bildirdilər ki, yeni fəaliyyətə başlayan YDM cəmi iki gün fəaliyyət göstərə bilib. Ərazidə olduğumuz zaman artıq reklam bannerlərinin sökülməsinin də şahidi olduq.
Məğrur,
Sitat.info