Qərbin növbəti planı: Ermənistan yeni avantüraya sürüklənir

20:52 28 Noyabr 2024

Ermənistan Qərbin diktəsi ilə Azərbaycana qarşı təxribata çəkilir. Təbii ki, söhbət yeni müharibədən deyil, Azərbaycanla şərti sərhəd bölgələrdə qısamüddətli təxribatlar törətməkdən gedə bilər. Ermənistan hakimiyyəti nə müharibə aparmaq, nə də hər hansı bir uğur qazanmaq iqtidarındadır. Sadəcə, Fransa başda olmaqla Qərb və onun strukturları İrəvanı buna inandırmağa çalışırlar.

Fransadan Ermənistana silah tədarükü, Hindistandan silah alınması, nəhayət, Yunanıstanın Ermənistana zenit-raket sistemləri, o cümlədən "S-300"lər verməsi də bu planın tərkib hissəsidir.

Qərb paytaxtlarında cızılan təhlükəli ssenarinin önündə onu revanşizmə sürükləyən Fransa gedir. Bu ölkə xüsusi canfəşanlıqla üçüncü ölkələr vasitəsilə İrəvana hərbi dəstəyi artırır. Azərbaycanla sərhəddə yerləşdirilən Avropa İttifaqı missiyası ilə bağlı son təxribatçı hərəkətlər də birbaşa onun tapşırığı ilə həyata keçirilir. Hərbi kolonların Azərbaycanla şərti sərhədə doğru hərəkətini əks etdirən videogörüntülərin Ermənistan sosial şəbəkə seqmentində yayılması da bu təhlükəli ssenarinin tərkib hissəsidir.

Forpost ölkə təhlükəli planın reallaşmasına göz yumur. Rəsmi İrəvan ümid edir ki, sərhəddə qısamüddətli təxribatlar törətməklə uğur qazanmaq ona reytinqini bərpa etməyə kömək edəcək.



Xəbər xətti