6.2 milyonluq "Divara yapışdırılmış banan" mətbuat konfransında yeyilib

15:53 29 Noyabr 2024

İtalyan rəssam Maurisio Kattelanın “Divara yapışdırılmış banan” adlanan konseptual əsəri Nyu-Yorkda hərraca çıxarılaraq 6,2 milyon dollara satılıb.

Sitat.info xəbər verir ki, əsəri alan kriptovalyuta sahibkarı Castin Sun media nümayəndələrinin qarşısında bananı divardan qoparaq yeyib.

O konseptual sənətlə kriptovalyuta arasında paralellər olduğunu deyərək addımını belə şərh edib.

Castin Sun qeyd edib ki, bananı mətbuat konfransında yemək də sənət əsərinin tarixinin bir hissəsi ola bilər.



Xəbər xətti