Yeni Zelandiya İrana sanksiyalar tətbiq etdi

14:10 30 Noyabr 2024

Yeni Zelandiya hökuməti İranın bir neçə fiziki şəxs və qurumuna sanksiya tətbiq edib.

Sitat.info xəbər verir ki, bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters bildirib.

Yeni Zelandiya hökuməti onları Rusiyaya raket və dronların tədarükünə yardımda günahlandırıb.

Peters açıqlamasında 7 iranlı fiziki şəxsin və 5 qurumun "Rusiyaya ballistik raket və pilotsuz təyyarələr tədarükündə iştirak etdiyi" üçün bu ölkənin sanksiya siyahısına salındığını açıqlayıb.

 



Xəbər xətti