Polşa Rusiya hücumundan qorxur: Sərhəddə görün hansı addımı atdı...

14:20 30 Noyabr 2024

Polşanın Rusiyanın Kalininqrad vilayəti ilə sərhədində “Şərq qalxanı” müdafiə istehkam xəttinin birinci hissəsində 3,5 min beton kirpi quraşdırılıb.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin baş naziri Donald Tusk məlumat verib.
Tusk, kənddə  Kalininqrad vilayəti ilə sərhəddə istehkam xəttinin hazır olan  hissəsinə baş çəkərkən deyib ki, bu beton elementlərdən 3,5 min ədədi təkcə bu hissədə quraşdırılıb. 

Polşanın baş naziri əlavə edib ki, şərq sərhədinin 300 km-lik hissəsində də belə müdafiə infrastrukturunun quraşdırılması planlaşdırılır.

Noyabrın 1-də baş  nazor “Şərq Qalxanı” proqramı çərçivəsində Polşanın Rusiya  ilə sərhəddə müdafiə istehkam xəttinin tikintisinə başladığını elan etdi. Təxminən 2,5 milyard dollara başa gələcək bu layihə 2028-ci ilə qədər başa çaracaq.

Respublikanın şərq sərhədi boyu arxların qazılması, mina sahələrinin yerləşdirilməsi, tank əleyhinə kirpilərin quraşdırılması, aktiv müşahidə sisteminin yaradılması nəzərdə tutulur.

Nərgiz,

Sitat.info



Xəbər xətti