Gürcüstanda güc strukturlarında da avrointeqrasiyadan imtinaya etirazları qalxır

14:37 30 Noyabr 2024

Gürcüstanda XİN-lə yanaşı, Müdafiə Nazirliyi daxilində də hökumətin avrointeqrasiyadan imtina qərarına qarşı etirazlar yüksəlir.

Sitat.info xəbər verir ki, Nazirliyin 40-dan çox əməkdaşı bu gün bəyanat imzalayaraq ölkənin Avropa kursuna sadiqliklərini bildiriblər.

Bəyanatda bildirilir ki, Avropa və Avroatlantik strukturlara inteqrasiya Gürcüstanın suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinin yeganə yoludur. MN əməkdaşları bəyan ediblər ki, Konstitusiyanın 78-ci maddəsində təsbit olunmuş vəzifələri (avroatlantik inteqrasiya) yerinə yetirməyi borc sayırlar və ölkənin Avropa gələcəyi naminə xidmətə davam edəcəklər. Bəyanata bu saatlarda Müdafiə Nazirliyinin müxtəlif idarələrinin 43 əməkdaşı imza atıb. XİN daxilindəki bəyanata qoşulan diplomatların sayı isə 100-ü ötüb.

Nigar,

Sitat.info



Xəbər xətti