Erməni ordusu üçün konsepsiya hazırlandı: 2027-yə hazırlıq

14:48 30 Noyabr 2024

Ermənistan, mövcud meyillər nəzərə alınarsa, silahlı qüvvələrin komplektləşdirilməsi problemini həll etmək məcburiyyətində qalacaq.

Sitat.info xəbər verir ki, bu fikri erməni deputat Tiqran Abramyan Ermənistan silahlı qüvvələrinin islahat konsepsiyasından danışarkən deyib.

O qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyinin dərc etdiyi ölkənin silahlı qüvvələrinin islahat konsepsiyasına əsasən, 2027-ci ilə qədər məcburi hərbi xidmət müddətinin azaldılması barədə qərar qəbul ediləcək. Eyni zamanda, müqavilə əsasında xidmət edən hərbçilərin sayının artırılması nəzərdə tutulur.

Onun fikrincə, hakimiyyət bu cür konsepsiyanı hazırlamaqla iki məqsədi güdə bilər: Birincisi, konsepsiya 2026-cı il seçkiləri ərəfəsində cəmiyyətdə həssas olan bu məsələ üzərindən manipulyasiya imkanı verən seçkiqabağı kontekst daşıya bilər. İkincisi, belə bir plan Bakının Ermənistandan demilitarizasiya tələbini yerinə yetirmək çərçivəsində hazırlana bilər ki, bu da silahların, hərbi texnikanın və ordunun sayının azaldılmasını nəzərdə tutur.



Xəbər xətti