"Biz bu müharibəni bitirmək üçün hər şeyi edəcəyik və gələn il onu bitirmək üçün hər cür imkanımız var".
Sitat.info xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Sky News-a müsahibəsində deyib.
O bildirib ki, bunu birlikdə bacaracaqlar: "Biz bunu edə bilərik, ancaq Avropa ilə birlikdə, ABŞ-la və əlbəttə ki, Ukrayna ilə birlikdə".
Zelenski əlavə edib ki, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Ukraynanı gücləndirməklə Rusiya Federasiyasına təzyiq göstərə bilər və ümumilikdə müharibə daha tez sona çata bilər: "Bu, tez də baş verə bilər, amma hər şey liderlərin iradəsindən asılıdır. Bunu istəyənlərin iradəsindən asılıdır. Aydındır ki, bu, asan deyil və sabah olmayacaq. Amma gələn il baş verə bilər, mən belə hiss edirəm. Amma hər şey veriləcək qərarlardan və digər liderlərin iradəsindən asılıdır”.
Nərgiz,
Sitat.info