Dünyada daha da dərinləşən qütbləşmənin baş verdiyinin şahidi oluruq. Buradakı sistem bizi buna itələyir, bu da bizi yeni müttəfiqlərə yönəldir. Nəticədə beynəlxalq təhlükəsizliyin təməli getdikcə zəifləyir.
Sitat.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Yaxın Şərq və Asiya-Sakit okean regionunda silahlanmanın artdığına diqqət çəkən XİN başçısı vurğulayıb ki, bu, dünyanı uçurumun kənarına, hətta nüvə müharibəsi təhlükəsinə gətirib çıxara bilər.