Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə parlament binası yaxınlığında etirazçılara qarşı su şırnaqlarından istifadə ediblər.
Sitat.info xəbər verir ki,TASS-ın müxbiri bu barədə hadisə yerindən məlumat verir.
Çiçinadze küçəsində etirazçılarla polis arasında qarşıdurma olub. Nümayişçilər polislərə fişəng ataraq maneə törədiblər. Buna cavab olaraq DİN əməkdaşları onlara qarşı su şırnağından istifadə etməyə başlayıb. Hələlik həbslər yoxdur".
Səid,
Sitat.info