Suriyada ilk qərar: Jurnalistlərin təqibi qadağan edildi

15:07 9 Dekabr 2024

Silahlı müxalifət komandanlığı dövlət mediasının əməkdaşlarına təzyiq və hər hansı şəkildə təqibi qadağan edib.

Sitat.info xəbər verir ki, bu barədə “Əl-Vətən” nəşri məlumat yayıb.

“Ali Komandanlıq: Suriya televiziyası, televiziya və radio yayımı agentliyinin əməkdaşlarını, sosial şəbəkələrin sahiblərini təqib etmək qəti qadağandır. Onlara qarşı hər hansı təhdid etmək də qadağandır”, - məlumatda qeyd olunub.

Bildirilib ki, əmri pozmağa görə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bundan başqa, Suriya silahlı müxalifətinin komandanlığı qadınları hicab taxmağa məcbur etməyə qadağa qoyub.



Xəbər xətti