Yaşar Gülər britaniyalı həmkarı ilə Suriyanı müzakirə etdi

23:05 10 Dekabr 2024

Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə Böyük Britaniyadan olan həmkarı Con Hili arasında telefon danışığı olub.

Sitat.info  xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Suriyadakı son durum barədə danışıblar.

Onlar həmçinin müdafiə və təhlükəsizlik sahəsində ikitərəfli və regional məsələləri də müzakirə ediblər.



Xəbər xətti