Son dəqiqə! AZAL-ın prezidenti sağ qalanların sayını açıqladı

12:27 26 Dekabr 2024

kipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb.

Sitat.info xəbər verir ki, bunu AZAL-ın prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu, bizim üçün çox böyük hadisə idi:

“Məsələ araşdırılır və səbəbləri barədə ictimaiyyətə məlumat veriləcək. Allah həlak olanlara rəhmət, sağ qalanlara şəfa versin”.

S.Rzayev sağ qalanların ölkəyə gətirmə prosesinə də aydınlıq gətirib:

“Sağ qalan şəxslərin ölkəyə gətirilməsi günün ikinci yarsında həyata keçiriləcək. Həyatını itirən şəxslərin cənazəsi isə iki gün ərzində ölkəyə gətiriləcək. Təyyarənin qəza səbəbi barədə nəsə demək tezdir. Hazırda detallı araşdırılma aparılır. Qara qutu tapılıb və oxunması qanunvericiliyə uyğun həyata keçiriləcək”.



Xəbər xətti