Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib

10:27 5 Fevral 2025

Yazıçı-jurnalist Bəhram Çələbi 79 yaşında vəfat edib.

Sitat.info xəbər verir ki, bu barədə APA-ya mərhumun həyat yoldaşı məlumat verib.

Bildirilib ki, o, dünən gecə saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, B.Çələbi Şəki şəhər qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, B.Çələbi Şəkidə anadan olub. O bir müddət Şəkidə müxtəlif vəzifələrdə çalışıb və 1980–1996-cı illərdə Şəki Şahmat Məktəbinin direktoru olub. Kriminal mövzularda kitabların müəllifidir.



Xəbər xətti