ABŞ-ın Müdafiə Nazirliyi ölkə hərbçilərindən ibarət əlavə qrupun Şərqi Avropa ölkələrinə göndərilməsini şərh edib.
Oxu.az-ın xəbərinə görə, Pentaqondan bildirilib ki, bu, NATO-nun şərq cinahının möhkəmləndirilməsi məqsədi daşıyır.
Qurumdan ABŞ hərbçilərinin Ukraynaya göndəriləcəyi də istisna edilməyib.
Qeyd olunub ki, ABŞ əsgərləri “təxliyə prosesinə yardım etmək üçün” bu ölkəyə göndərilə bilər.