Bərdə və Zaqatalada yanğın oldu

11:38 17 Fevral 2025

Bərdə rayonunun Hacıbəyli kəndində ümumi sahəsi 256 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 28 m² sahədə və dam örtüyü 2 m² sahədə yanıb.

Bu barədə Sİtat.info-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Zaqatala rayonunun Kebeloba kəndində ümumi sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Xəbər xətti