Prezident Bayramova baxdı: Buna dərhal son qoyacağıq

15:31 11 Mart 2025

Mən qarşımda xarici işlər nazirini görürəm, biz dərhal diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqi kimi təəccüblü bir vəziyyətə son qoyacağıq.

Sitat.info xəbər verir ki, bu sözləri Azərbaycan və Şimali Makedoniya prezidentlərinin mətbuata bəyanatı zamanı Qordana Silyanovska-Davkova deyib.

"Zənnimcə, bu, nə Şimali Makedoniyanı, nə də Azərbaycanı qane edən vəziyyət deyil və bu addımın atılması iki xalq arasında yaxınlaşmaya xidmət edəcəkdir. Ümid edirəm ki, biz Azərbaycanın mədəniyyətini də tanımağa davam edəcəyik. Bundan əlavə, elm sahəsində də universitetlərimiz arasında əməkdaşlığın qurulmasına nail ola bilərik", - bildirib.



Xəbər xətti