Ciddə görüşü başa çatdı: ABŞ və Ukrayna birgə bəyanat verəcək
Sxəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqlar yekunlaşıb.
Ağ Ev görüşün “məhsuldar” keçdiyini bəyan edib. Ağ Evin sözçüsü Caroline Leavitt jurnalistlərə açıqlamasında görüşdən gələn xəbərlərin müsbət olduğunu vurğulayıb.
Görüşün yekunlarına dair ABŞ və Ukrayna tərəfindən birgə bəyanatın təqdim ediləcəyi gözlənilir. Bundan əlavə, ABŞ Dövlət Katibi Marko Rubio və Milli Təhlükəsizlik müşaviri Mayk Valts görüşlə bağlı yenilikləri ictimaiyyətlə bölüşəcəklər.
Qeyd olunur ki, martın 12-də əlavə görüşlərin keçirilməsi planlaşdırılmır.