Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili 9 il müddətə azadlıqdan məhrum edilib.
“Sitat.info” Gürcüstan mediasına istinadən xəbər verir ki, o, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinib.
Hakim Badri Koçlamazaşvili Saakaşvilini 9 milyon lari dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib.
Xatırladaq ki, 56 yaşlı Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə getdiyi Tbilisidə saxlanılıb. Saxlanıldığı gün aclıq aksiyasına başlayan keçmiş prezident 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə “Vivamed” klinikasına köçürülüb. Gürcü siyasətçi iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub. O, hazırda az qidalanma səbəbindən yaranan kaxeksiya xəstəliyindən müalicə olunur. Həkimlər onun səhhətinin getdikcə yaxşılaşdığını qeyd edib.