Putin Ukraynada hərbi əməliyyatların dayandırılması təklifi ilə razılaşıb

20:02 13 Mart 2025

Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılması təklifi ilə razılaşdığını söyləyib.

Sitat.info xəbər verir ki, bu barədə Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlarının yekunları bağlı keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya atəşkəs təklifi ilə razıdır, lakin bu, uzunmüddətli sülhə gətirib çıxarmalıdır.

Putin Trampa Ukraynadakı vəziyyətin həllinə göstərdiyi diqqətə görə təşəkkür edib.

Sitat.info



Xəbər xətti