Dövlət xidmətinin işçilərinin maaşları TƏSDİQLƏNDİ

13:30 17 Mart 2025

"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının 2 və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada təsdiq edilib.

Sitat.info xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Maliyyə Nazirliyi qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.



Xəbər xətti