Rusiyada dolların rəsmi məzənnəsi 1.2 rubl aşağı düşüb.
Bu barədə Sitat.info RBK-ya istinadla xəbər verir.
Bildirilir ki, Rusiya Mərkəzi Bankı martın 18-nə ABŞ dollarının rəsmi məzənnəsini 84.35059 səviyyəsində müəyyən edib.
Halbuki martın 17-də dolların məzənnəsi 85.5694 rubl səviyyəsində təyin edilmişdi.
Qeyd edək ki, 2024-cü il avqustun 6-dan bəri dolların məzənnəsi 85 rubldan aşağı düşməmişdi.