“Azərsun Holdinq” media nümayəndələri ilə görüş keçirdi - Fotolar

15:48 18 Mart 2025

Daim mediaya yönəlik layihələri ilə seçilən "Azərsun Holdinq” bu dəfə jurnalistləri iftar süfrəsində bir araya gətirib.

Holdinqin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rza Məmmədov qonaqları qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edərək şirkətin Milli Mətbuatın 150 illiyi münasibətilə silsilə layihələrə davam edəcəyini bildirib.

Günümüzdə ictimai rəyin formalaşmasında medianın rolunun danılmaz olduğunu qeyd edən şöbə müdiri özəl sektorda da media ilə əlaqələrin tənzimlənməsinin önəmli və vacib olduğunu bildirib.

Xatırladaq ki, bir müddət öncə şirkət “Milli Mətbuat – 150 il” təqvim dəsti çərçivəsində millimetbuat150.azersun.com saytını ictimaiyyətə təqdim edib.

Sitat.info

 





Xəbər xətti