Avropa İttifaqı 2030-cu ilə qədər güclü müdafiə mövqeyinə malik olmalıdır və cəmiyyət buna nail olmaq üçün indidən fəaliyyətə başlamalıdır.
Sitat.info xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen deyib.
"2030-cu ilə qədər Avropa güclü müdafiə mövqeyinə sahib olmalıdır. Amma biz 2030-cu ilə hazır olmaq üçün indi hərəkətə keçməliyik", - deyə o bildirib.
Fon der Leyen çərşənbə günü Avropa müdafiə strategiyasını təqdim etmək niyyətində olduğunu təsdiqlədi.