Cənubi Qafqaz üçün tərəqqinin vaxtıdır - Sofiya

19:48 18 Mart 2025

Ermənistan və Azərbaycan arasında davamlı sülhün, Cənubi Qafqaz xalqları üçün sabitliyin və iqtisadi tərəqqinin vaxtıdır.

Sitat.info xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyinin X hesabında yazılıb.

Qeyd olunub ki, Bolqarıstan Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların çoxdan gözlənilən yekunlaşmasını alqışlayır və hər iki tərəfin sazişi tezliklə imzalayıb ratifikasiya etməsini gözləyir.

Xatırladaq ki, XİN rəhbəri Ceyhun Bayramov martın 13-də Azərbaycan və Ermənistan arasında sülh mətni üzrə danışıqların yekunlaşdığını bildirib.



Xəbər xətti