Tacikistan sülh sazişi üzrə danışıqların yekunlaşmasını alqışladı

20:00 18 Mart 2025

Tacikistan Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayır.

Sitat.info xəbər verir ki, bu barədə Tacikistanın Xarici İşlər Nazirliyindən bildirilib.

"Əminik ki, bu sənədin tezliklə hüquqi cəhətdən möhkəmləndirilməsi Azərbaycan-Ermənistan münasibətlərinin tam normallaşması istiqamətində mühüm addım olacaq, Cənubi Qafqaz regionunun sabitliyinə və inkişafına töhfə verəcək", - məlumatda deyilir.

Xatırladaq ki, daha əvvəl Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri martın 13-də bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.



Xəbər xətti