DYP bayram günləri ilə bağlı müraciət etdi

10:00 19 Mart 2025

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə  Sitat.info-ya İdarədən məlumat verilib.

Müraciətdə yollarda hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, sürücülərə sürət həddinə əməl etməyin, ötmə və manevretmə qaydalarına riayət etməyin, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyin, həmçinin sərnişinlərin təhlükəsizliyini tam təmin etməyin vacibliyi bir daha xatırladılıb.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri və bütün yol hərəkəti iştirakçılarını diqqətli olmağa, qaydalara ciddi riayət etməyə və bayram sevincini təhlükəyə atmamağa çağırır.



Xəbər xətti