İmamoğlu həbs edildi, TBMM-də gərginlik

17:22 19 Mart 2025

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunub saxlanılması fonunda Türkiyə Böyük Millət Məclisində (TBMM) gərgin anlar yaşanıb.

Sitat.info xəbər verir ki, məlumatı Türkiyə mediası yazıb.

Bildirilib ki, CHP-nin parlamentdəki qrupunun sədr müavini Əli Mahir Başarır kürsüdən çıxış edərək İmamoğlunun həbsinə sərt etiraz edib.

Onun çıxışı zamanı bütün CHP-li millət vəkilləri kürsüyə çıxaraq etiraz aksiyası keçiriblər.

Məclisdə yaranan gərginlik səbəbindən iclasa rəhbərlik edən Sırrı Süreyya Öndər sükunəti təmin edə bilməyib və fasilə vermək məcburiyyətində qalıb.



Xəbər xətti