Heydər Əliyev Fondu jurnalist Azər Rəşidoğlunun müalicə xərclərini üzərinə götürüb.
Sitat.info xəbər verir ki, bu barədə jurnalist sosial media hesabında yazıb.
Bildirilib ki, o, Fond tərəfindən yaxın günlərdə Türkiyəyə müalicəyə aparılacaq.
Azər Rəşidoğlu göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkür edib.