Tomas Baxa Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbərlik müddəti başa çatdıqdan sonra ömürlük fəxri prezident statusu veriləcək.
Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, qərar Yunanıstanda keçirilən 144-cü sessiyada qəbul edilib.
Xatırladaq ki, BOK-a prezident seçkiləri martın 20-də keçiriləcək, təşkilatın yeni rəhbəri iyunun 24-də Baxı əvəz edəcək.
Qeyd edək ki, 71 yaşlı Bax 2013-cü ildə səkkiz illik müddətə BOK prezidenti seçilib və 2021-ci ildə yenidən dörd illik müddətə seçilib.