Şəmkirdə 4 otaqlı ev yandı

17:50 20 Mart 2025

Şəmkir rayonunun Qədimqala kəndində ümumi sahəsi 160 m² olan kürsülü, dördotaqlı ev yanıb.

Sitat.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, evin dam örtüyünün taxta atmaları 120 m² sahədə, bir otağın tavanı 6 m² sahədə, mətbəxin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.



Xəbər xətti