Azərbaycanlı çempion Ukraynada kafedə qətlə yetirildi

18:00 20 Mart 2025

 

Gəncədən olan keçmiş idmançı Ceyhun Salamov Ukraynada işlətdiyi kafedə qətlə yetirilib.

Sitat.info Teleqraf-a istiandən xəbər verir ki, hadisə Rusiya Federasiyasının nəzarətində olan Luqansk şəhərində baş verib.

Ceyhun Salamov işlətdiyi kafedə bir neçə şəxs tərəfindən bıçaqlanaraq öldürülüb. Mərhumun nəşi Gəncə şəhərinə gətirilib və dəfn olunub.

Qeyd edək ki, Ceyhun Salamov vaxtı ilə boks idman növü üzrə SSRİ çempionu olub. O, kikboksinq idman növü üzrə əməkdar məşqçi, dəfələrlə dünya çempionu Elnur Salamovun qardaşıdır.

 



Xəbər xətti