Rusiyanın ABŞ-la Səudiyyə Ərəbistanında 24 martda keçirəcəyi danışıqlarda nümayəndə heyətinə Federasiya Şurasının üzvü Qriqori Karasin rəhbərlik edəcək. Görüşdə həmçinin FTX rəhbərinin müşaviri Sergey Beseda da iştirak edəcək. Çox gözlənilməz qərardır.
Sitat.info xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, danışıqlarda Rusiya Federasiya Şurasından namizədin olması düşündürücüdür:
“Hamı gözləyirdi ki, bu, mütəxəssislərin texniki danışıqları olacaq. Amma burada parlament üzvü iştirak edəcək Qriqori Karasin, əlbəttə, siyasi cəhətdən nüfuzlu fiqurdur, uzun illər Rusiya Xarici İşlər Nazirliyinin birinci müavini olub. Ancaq o, texniki mütəxəssis deyil.
Bəs bu, nə danışıqlar olacaq? Həqiqətən bu, Rusiya və Ukrayna arasında ilk birbaşa, lakin qapalı danışıqlar olacaq? Axı elə həmin Səduiyyə Ərəbistanında ABŞ və Ukrayna arasında danışıqlar keçiriləcək. Və məntiqlə, bundan sonra 25 martda Rusiya və Ukraynanın nümayəndə heyətləri ilk dəfə qapalı rejimdə görüşə bilər. Və belə danışıqlar üçün Karasin çox uyğun namizəddir”.
Qeyd edək ki, martın 24-də Səudiyyə Ərəbistanında ABŞ-la keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə Federasiya Şurasının senatoru Qriqori Karasin və FTX direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək.