Şoyqu xəbərdarlıq etdi: Ermənistan AB-yə qoşulsa...

19:20 20 Mart 2025

Ermənistanın Avropa Birliyinə üzv olması onun Rusiya əleyhinə sanksiyalara və Ukraynaya silah tədarükünə qoşulmasını labüd edəcək.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

"Ermənistan Avropa sanksiyalarına və AB-nin hərbi-siyasi qərarlarına qoşulmalı olacaq. Bu, xüsusilə Avropa Birliyinin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində, həmçinin Avropa Sülh Fondu kimi alətlər vasitəsilə həyata keçiriləcək. Bu fond Ukraynadakı nasist rejiminin silahlı qüvvələrinə maliyyə dəstəyi verir," – Şoyqu bildirib.

Şoyqunun sözlərinə görə, Ermənistanın mümkün AB üzvlüyü yalnız iqtisadi problemlər yaratmaqla qalmayacaq, həm də onu antirusiya sanksiyalarına qoşulmağa məcbur edəcək. Brüssel bunun üçün təkid edəcək.

“Bu addımlar təkcə Rusiya və Belarusa deyil, həm də İrana qarşı yönələcək. 2024-cü ilin yekunlarına əsasən, Ermənistanın İranla ticarət dövriyyəsi 737 milyon dollardan çox olub".



Xəbər xətti