İsrail ordusu Qəzzada HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin rəhbərini və daha iki radikalı məhv edib.
Sitat.info xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
"İsrail ordusu zərbə endirərək HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin rəhbəri Rəşid Cacuhu məhv edib. O, 2024-cü ilin iyul ayında öldürülən Sami Udeyin yerinə bu vəzifəyə gətirilmişdi", – məlumatda qeyd olunub.
Bundan başqa, Xan-Yunis bölgəsində HƏMAS-ın təhlükəsizlik qüvvələrinin yerli bölməsinin rəhbəri, terrorçu Ayman Atsalih də zərərsizləşdirilib:
"Əlavə zərbə zamanı son illərdə İslami Cihad üçün silah qaçaqmalçılığının əksər əməliyyatlarına rəhbərlik edən İsmayıl Əbd əl-Aal da məhv edilib".