Şara ikinci dəfə də Berbokun əlini sıxmaqdan imtina etdi

20:36 20 Mart 2025

Almaniya xarici işlər naziri Annalena Berbok Suriyaya səfər edib.

Sitat.info xəbər verir ki, bu barədə Almaniyanın NTV telekanalı məlumat yayıb.

Məlumata görə, görüş zamanı Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara Berboka əlini uzatmayıb.

Şara Berbokla yanaşı, Almaniya nümayəndə heyətinin tərkibində olan deputat Armin Laşetin də əlini sıxmaqdan imtina edib.

Suriya xarici işlər naziri isə Berbokun əlini sıxıb.

Qeyd edək ki, bu ilin yanvar ayında da Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara Dəməşqə səfər edən Almaniya xarici işlər naziri Annalena Berbokun əlini xanım olduğu üçün sıxmaqdan imtina etmişdi.



Xəbər xətti