Bu Novruz hamıya sülh gətirsin - Quterreş

17:11 21 Mart 2025

BMT-nin Baş katibi Antoniu Quterriş dünya ictimaiyyətini Novruz bayramı münasibətilə təbrik edib.

Sitat.info xəbər verir ki, təbrik Baş katibin X sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

“Novruz yeni başlanğıcları, təbiətin dirçəlişini, ümidi və yazın gəlişini simvolizə edir. Münaqişələrin, parçalanmaların və çəkişmələrin yaşandığı dünyamızda Novruz ruhu qiymətli hədiyyədir. Qoy bu Novruz hamıya sülh, cansağlığı və xoşbəxtlik gətirsin”, - o yazıb.



Xəbər xətti