İBB binası ətrafındakı yollar bağlandı

17:22 21 Mart 2025

 

İstanbul Böyükşəhər Bələdiyyəsinin binasının yerləşdiyi Saraçhane ətrafındakı yollar bağlanıb.

Sitat.info xəbər verir ki, bu barədə İstanbul valiliyi qərar verib.

Saraçhane ətrafındakı yollar yerli vaxtla saat 14.00-da 1 günlüyünə nəqliyyatın hərəkəti üçün bağlanıb.

Qeyd edək ki, bundan əvvəl İstanbul valiliyi 19-23 mart tarixlərində şəhərdə bütün aksiya və nümayişlərə qadağa qoymuşdu.

 



Xəbər xətti