Rusiya sərhədçiləri ermənilərlə əvəzlənir?

17:33 21 Mart 2025

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) sərhəd-keçid məntəqələrində Rusiya sərhədçilərinin erməni sərhədçiləri ilə əvəzlənməsi ilə bağlı hələlik qərar qəbul etməyib.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan MTX-nın direktoru Armen Abazyan bildirib.

O xatırladıb ki, 2024-cü ilin ortalarından “Zvartnots” hava limanında nəzarət Ermənistan sərhədçilərinə verilib. Oxşar təcrübə İranla sərhəddə yerləşən “Aqarak” keçid məntəqəsində də tətbiq olunur. Bu il martın 1-dən Türkiyə ilə sərhəddəki “Marqara” keçid məntəqəsi də Ermənistanın idarəsinə keçib.

“Hazırda başqa qərarlar yoxdur”- Abazyan əvəzləmə prosesinin mümkün davamı ilə bağlı sualı cavablandırarkən deyib.



Xəbər xətti