Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı vətəndaşları küçə aksiyalarına çağıran Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Özgür Özələ xəbərdarlıq edib.
Sitat.info xəbər verir ki, o, həmkarını İstanbul bələdiyyəsi ilə bağlı aparılan istintaqa hörmət etməyə çağırıb.
“İstintaqa hörmət edin, öz partiyanızda oturun”, - Baxçalı bildirib.
Xatırladaq ki, CHP sədri bundan əvvəl bütün Türkiyə vətəndaşlarını iftardan sonra meydan və küçələrə çıxmağa çağırıb. Çağırış İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması ilə əlaqədar edilib.
Martın 19-da İstanbul bələdiyyəsinin 100-dən çox əməkdaşına qarşı terror təşkilatına yardım və korrupsiya ittihamları ilə İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb. İstintaq çərçivəsində saxlanılanlar arasında Əkrəm İmamoğlu da var.