ABŞ-ın Florida ştatında, Orlando hava limanında Elison Lourens adlı qadın uçuşa buraxılmayan itini tualetdə boğaraq öldürüb.
Sitat.info xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Bildirilib ki, Lourens Tayvinn adlı iti ilə birlikdə Kolumbiyaya uçmaq istəyib. Lakin yoxlama məntəqəsində ona heyvan üçün lazımi sənədlərin olmadığını bildiriblər və iti təyyarəyə buraxmayıblar.
Bundan sonra hava limanının təmizlik işçisi tualet kabinəsində su və it yeməyi qalıqlarını təmizləyən Lourensi gördüyünü bildirib. Bir müddət sonra işçi yenidən tualetə qayıtdıqda qadının oranı tərk etdiyini görüb. Zibil torbasında isə boğularaq öldürülmüş it aşkar edilib.
Ekspertiza nəticələrinə görə, 9 yaşlı miniatür şnauzer cinsindən olan Tayvinn suda boğularaq öldürülüb. Polis Lourensi yaxalayıb. Qadına heyvanlara qarşı qəddarlıq ittihamı irəli sürülüb və onu həbs cəzası gözləyir.