Nigerin cənub-qərbində məscidə hücum nəticəsində azı 44 nəfər həlak olub.
Sitat.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Məhəmməd Toumba məlumat yayıb.
Nazir açıqlamasında 4-ü ağır olmaqla, 13 nəfərin yaralandığı hücumun İŞİD-ə bağlı terror qrupıarı tərəfindən həyata keçirildiyini bildirib.
Hökumət hücumla əlaqədar bu gündən başlayaraq ölkədə 3 günlük milli matəm elan edib.