Tehrandan Trampın məktubuna gözlənilməz cavab

15:48 22 Mart 2025

 

İran vasitəçilərlə Trampın məktubuna cavab verib və mümkün danışıqlara yol açıb.

Sitat.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.

“Təsdiq edə bilərəm ki, İran məktuba cavab verib, ancaq mənə təfərrüatı və ya istifadə olunan kanalları açıqlamağa icazə verilmir. Çünki bunlar həssas və davam edən məsələlərdir, ancaq cavab alınıb və dialoq üçün mümkün qapılar açılıb”, - o bildirib.

Qeyd edək ki, bundan öncə Trampın İran dini lideri Əli Xameneiyə məktub göndərdiyi və nüvə sazişi üçün 2 ay vaxt verdiyi barədə məlumat yayılmışdı. Xamenei ictimai açıqlamasında ABŞ-la danışıqlara gedilməyəcəyini bildirmişdi

 



Xəbər xətti