Rusiyanın xalq artisti, Sovet kinosunun ulduzu Larisa Qolubkina 85 yaşında vəfat edib.
Sitat.info xəbər verir ki, bu barədə televiziya aparıcısı Andrey Malaxov məlumat yayıb.
Qeyd edək ki, L.Qolubkina kinoda debütünü 1962-ci ildə Eldar Ryazanovun “Qusar balladası” filmində Şuroçka Azarova rolu ilə edib.
Aktrisanın digər məşhur işləri arasında “Şikayət kitabını verin” (1965), “Çar Soltan haqqında nağıl” (1966), “İt nəzərə alınmadan üç nəfər qayıqda” (1979), “Azadlıq” (1968–1971) film seriyası və bir çox başqaları var.