Bu futbolçular Türkiyə millisindən uzaqlaşdırıldı

16:36 22 Mart 2025

 

Türkiyə millisinin UEFA Millətlər Liqası heyətində dəyişiklik olub.

Sitat.info xəbər verir ki, bu barədə TFF məlumat yayıb.

Belə ki, Mərt Günok və Yunus Akgün milli komandanın heyətindən çıxarılıb. Buna hər iki futbolçunun zədələnməsi səbəb olub.

Millinin baş məşqçisi Vinçenzo Montella zədəli futbolçularının əvəzinə Rayyan Baniyanı heyətə cəlb edib.

Qeyd edək ki, Türkiyə-Macarıstan matçının (3:1) cavab oyunu sabah saat 21:00-da baş tutacaq.

 



Xəbər xətti